23:48
11°C
Bakı
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Danışıqlarda Yaxın Şərqdəki son regional proseslər və İranın nüvə proqramı ilə bağlı məsələlər müzakirə edilib. Araqçi İranın mövqeyini qarşı tərəfə çatdırıb və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər İran və Aİ arasında əlaqələrin, eləcə də regional və beynəlxalq müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.