Peskov Putin və Uitkoff arasında növbəti görüşün tarixini açıqlayıb
Dünya
113
22:55, Bu gün

Peskov Putin və Uitkoff arasında növbəti görüşün tarixini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin gələn həftənin birinci yarısında ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.

Moderator.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dəqiq tarix Kreml tərəfindən açıqlanacaq.

Xatırladaq ki, Putin və Uitkoff arasında görüşü ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də, çərşənbə axşamı elan etmişdi.

"Sülh planı üzərində işin başa çatacağına ümidlə xüsusi elçim Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım. Eyni zamanda, ABŞ-nin ordu naziri Den Driskoll Ukrayna tərəfi ilə görüşəcək", – deyə Ağ Evin rəhbəri "Truth Social"da yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər