Dünya
299
22:05, Bu gün

"Rusiya kosmik güc statusunu itirdi: Baykonurda baş verən qəza pilotlu uçuşları dayandırdı" - BBC

"Baykonur qəzası Rusiyanın pilotlu kosmik uçuş imkanlarını təhlükəyə atdı..."

Noyabrın 27-də Baykonur kosmodromunda baş verən ciddi qəza Rusiyanın pilotlu kosmik uçuş qabiliyyətini sual altına qoyub.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

"Soyuuz MS-28" gəmisi uğurla orbitə çıxsa da, start zamanı raketin ilkin mərhələsinin qaz axını start kompleksinin bir hissəsini dağıdıb.Zərər görən "xidmət modulu" start platforması №6/31-in hərəkətli kabinasıdır, məhz buradan raketlərin uçuşa hazırlanması həyata keçirilir.

Pilotlu uçuşlar dayandırıldı

Uçuş zamanı ekipaj - iki rus kosmonavtı və bir NASA astronavtı təhlükəsiz şəkildə Beynəlxalq Kosmik Stansiyaya çatıb, heç kim zədələnməyib. Lakin ekspertlər bildirir ki, zədələnmiş №6/31 start kompleksi Baykonurda "Soyuuz" və yük gəmiləri "Proqress" üçün yeganə aktiv platformadır. Bu, Rusiyanın pilotlu uçuşları həyata keçirmək imkanını ilk dəfə olaraq müvəqqəti itirməsi deməkdir.

"Roskosmos" bildirib ki, mövcud ehtiyat hissələri sayəsində qəzadan sonra bərpa işləri "yaxın zamanda" başlaya bilər. Lakin mütəxəssislər hesab edir ki, bərpa müddəti dağıntının səviyyəsindən və ehtiyat hissələrinin çatdırılma sürətindən asılı olaraq bir neçə aydan iki ilə qədər davam edə bilər. Nəticədə gələcək pilotlu və yük uçuşları, o cümlədən "Proqress MS-33" missiyası sual altına düşüb. Həmçinin başqa platformadan və ya xaricdən startın mümkün olacağı hələlik aydın deyil.

Kosmik infrastrukturda ciddi boşluq

Xidmət modulu - start platformasının təməlində yerləşən və kritik kabellər, sensorlar, texniki avadanlıqla təmin olunmuş platformadır. Qəzadan sonra yayımlanan videomateriallar göstərir ki, modul işə düşən mühərriklərin təsiri ilə yerindən çıxıb. Nəşrin qeyd etdiyi kimi, bu, Moskvanın pilotlu kosmik uçuş imkanlarına ciddi zərbədir və uzun illər ərzində sabit dayağı olan Baykonuru əvəz edəcək alternativ axtarışını zəruri edir.

Baykonurda Rusiyanın başqa tarixi kompleksləri mövcud olsa da, onlar uzun illərdir pilotlu uçuşlar üçün istifadə edilmir. Yeni "Vostoçniy" kosmodromunda isə hələ pilotlu missiyalar üçün infrastruktur tam hazır deyil. Hazırda vəziyyət onu göstərir ki, Rusiya kosmik güc statusunu itirə bilər, çünki pilotlu uçuşlar üçün yeganə aktiv platforma dağıdılıb.

Həmçinin qeyd olunur ki, Moskva və Pekin peyklərin fəaliyyətinə müdaxilə və hərbi müfaxilə əməliyyatlarını əhəmiyyətli dərəcədə artırıblar. Bu, orbitdəki 10 mindən çox aparatın, xüsusən də hərbi strukturların fəaliyyətinə birbaşa təsir göstərə bilər. Bu hadisə Rusiya kosmonavtikasında həm texniki, həm də prestij baxımından ciddi dönüm nöqtəsi hesab edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər