22:20
12°C
Bakı
"Ukraynadakı korrupsiya qalmaqalı qartopu kimi böyüyür".
Moderator.az xəbər verir ki, bu misraları "The Telegraph" yazır.
Məlumata görə, belə vəziyyət Kiyevin danışıqlardakı mövqeyini zəiflədir.
Qəzet iddia edir ki, məhz bu qalmaqala görə ABŞ Ukraynaya sülh müqaviləsi imzalaması üçün təzyiqi artırır.
"The Telegraph" hesab edir ki, Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermakın korrupsiya sxemlərində iştirakı təsdiqlənərsə, bu, sülh danışıqlarını tamamilə poza bilər.
Qeyd edək ki, korrupsiya qalmaqalı fonunda bu gün evində axtarış aparılan Yermak artıq öz vəzifəsindən istefa verib.