22:04
11°C
Bakı
Şri-Lankada torpaq sürüşmələri və daşqınlar 56 nəfərin ölümünə səbəb olub. Yüzlərlə ev dağılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" və "New York Times" xəbər yayıb.
Güclü yağışlar hələ ötən həftə başlayıb, lakin ən böyük ziyan 27 noyabr cümə axşamı günü ölkə daxilindəki leysan nəticəsində dəyib.
Yağışlar evləri, yolları və tarlaları su altında qoyub. Hakimiyyət orqanları 600-dən çox yaşayış binasının zədələndiyini bildirib.
Hazırda 3600-dən çox insan müvəqqəti sığınacaqlardadır. Meteorologiya Departamenti yaxın günlərdə ölkədə yağışların davam edəcəyi, küləyin sürətinin saatda 64 km/saata çatacağını bildirib.