Dünya
154
20:55, Bu gün

"İlin sonuna qədər yaxşı xəbərlər gözləyirik" - Svetlana Tixanovskaya

"Repressiyalara baxmayaraq, Belarus xalqı boyun əymir..."

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilk dəfə Almaniya xarici işlər naziri Yohann Vadeful ilə "üz-üzə: görüşüb, Bundestaqda parlamentarilərlə, həmçinin "Demokratik Belarus üçün" qrupunun üzvləri ilə görüşlər keçirib.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Belarus artıq yalnız Lukaşenkonun ölkəsi deyil

Tixanovskaya nəşrə müsahibəsində 2020-ci ildən bəri demokratik qüvvələrin nailiyyətlərini sadalayıb, lakin əsas məqsədin - azad və ədalətli seçkilərin hələ reallaşmadığını bildirib. O, vurğulayıb ki, Belarus beynəlxalq səhnədə daha görünən olub:

"Belarus artıq Lukaşenko deyil, Belarus - xalqdır. İnsanlar Lukaşenkonu, Rusiyaya xidmət edən lideri, Belarus xalqını, Avropa dəyərlərinə sadiq olan və Avropa ailəsinə qayıtmaq istəyən vətəndaşları ayırd edə bilir".

Hazırda ölkədə rəsmi olaraq 1300 siyasi məhbusun olduğu bildirilsə də, real rəqəm daha yüksək ola bilər, çünki çoxları hüquq-müdafiə mərkəzlərinə müraciət etməkdən qorxur. "Hər gün yeni insanlar həbs olunur, repressiyalar dayanmır", - Tixanovskaya əlavə edib.

ABŞ və Avropanın təzyiqi ilə məhbusların azad olunması

Siyasi məhbusların azad olunmasında ABŞ administrasiyası və Avropa ölkələrinin sanksiya təzyiqi önəmli rol oynayır. Tixanovskaya ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Kol ilə əlaqədə olduqlarını bildirərək ümid edir ki, ilin sonuna qədər yaxşı xəbərlər olacaq.

Onun sözlərinə görə, azad edilən şəxslərə ölkədə qalmaq və ya çıxmaq seçimi verilməlidir. ABŞ tərəfi insan hüquqları üzrə humanitar trayektoriya, həmçinin siyasi trayektoriya üzrə danışıqları aparır. Lakin Tixanovskaya qeyd edir ki, Lukaşenkoya ən çox təsir edən Rusiya prezidenti Vladimir Putindir.

Almaniya və Avropanın dəstəyi vacibdir

Tixanovskaya vurğulayıb ki, Almaniya və Avropa İttifaqı Belarus üçün strateji əhəmiyyət daşıyır: azad edilənlər əsasən deportasiya edilir və onların qəbulunda Litva və Polşa öncülük edir. Almaniya isə leqalizasiya və reabilitasiya məsələlərində dəstək göstərə bilər. Onun sözlərinə görə, medianın, hüquq-müdafiə mərkəzlərinin və beynəlxalq humanitar fondların dəstəyi vacibdir. Bu, Belarus xalqının yalnız olmadığını hiss etdirməyə kömək edir.

Demokratik və müstəqil Belarus

Gələcək beş il üçün ideal ssenari olaraq Tixanovskaya Ukraynanın ədalətli sülh əldə etməsini, Rusiyanın Lukaşenkoya dəstəyinin azalmasını və Belarusda demokratik proseslərin irəliləməsini görür. Onun planlarında millətin birləşməsi, 30 il ərzində dağıdılmış iqtisadi və sosial strukturların bərpası, yeni konstitusiya və qanun layihələrinin hazırlanması yer alır. Tixanovskaya inanır ki, Avropa bu prosesdə dəstək verəcək və Belarus müstəqil, demokratik bir ölkəyə çevriləcək.

Ümidin mənbəyi

Tixanovskayanın sözlərinə görə, əsas ümid mənbəyi xalqın dözümü və Avropa tərəfdaşlarının prinsipial mövqeyidir: "Belarus xalqı repressiyalara baxmayaraq boyun əymir. Bundestaqda "Demokratik Belarus üçün" parlament qrupu açarkən hiss etdim ki, siyasətçilər belarusların yanında olmağa hazırdır. Bu, ümid yaradır ki, hər şey dəyişəcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər