Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə tapşırıq verib
Dünya
106
19:50, Bu gün

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə tapşırıq verib

Ukrayna Prezidenti Volodimir Zelenski ümid edir ki, Baş nazir deputatlarla birlikdə 2026-cı il üçün dövlət büdcəsinin qəbulunu mümkün qədər tez təmin edəcək və energetika və ədliyyə nazirləri vəzifələrinə yeni namizədləri təsdiq edəcək.

Moderator.az-ın xəbərinə görə, Zelenski bildirib ki, hazırkı nazirlər həm bu qışın, həm də bu müharibənin çağırışlarına hazır olub-olmamaları barədə tamamilə aydın nəticələr çıxarmaq üçün qiymətləndirilməlidir.

Prezident Ukrayna Təhlükəsizlik Xidmətinə hüquq-mühafizə sistemi və regionlar üzrə təhlillər aparmağı tapşırıb.

“Qərarlar olacaq. Bölgələrdən çoxlu neqativlər gəlir”, - Zelenski vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər