21:19
11°C
Bakı
Ukrayna Prezidenti Volodimir Zelenski ümid edir ki, Baş nazir deputatlarla birlikdə 2026-cı il üçün dövlət büdcəsinin qəbulunu mümkün qədər tez təmin edəcək və energetika və ədliyyə nazirləri vəzifələrinə yeni namizədləri təsdiq edəcək.
Moderator.az-ın xəbərinə görə, Zelenski bildirib ki, hazırkı nazirlər həm bu qışın, həm də bu müharibənin çağırışlarına hazır olub-olmamaları barədə tamamilə aydın nəticələr çıxarmaq üçün qiymətləndirilməlidir.
Prezident Ukrayna Təhlükəsizlik Xidmətinə hüquq-mühafizə sistemi və regionlar üzrə təhlillər aparmağı tapşırıb.
“Qərarlar olacaq. Bölgələrdən çoxlu neqativlər gəlir”, - Zelenski vurğulayıb.