Rusiyada
Dünya
137
19:29, Bu gün

Rusiyada "WhatsApp"a qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir

Rusiyada ardıcıl olaraq "WhatsApp"a qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

Moderator.az xəbər verir ki, bu barədə Roskomnadzorun açıqlamasında bildirilib.

Qeyd olunub ki, əgər messencer Rusiya qanunlarına əməl etməsə, "WhatsApp"ın tamamilə bloklanması mümkündür.

"WhatsApp Rusiya qanunlarını pozmağa davam edir. Messenger ölkədə terror hücumlarını təşkil etmək və həyata keçirmək, terrorçuları cəlb etmək, vətəndaşlarımıza qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur. "WhatsApp" Rusiyada cinayətlərin qarşısının alınması və onlarla mübarizəyə yönəlmiş tələblərə cavab vermir. Buna görə də, Roskomnadzor ardıcıl olaraq "WhatsApp"a qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir".

Roskomnadzor-dan bildirilib ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq olunur və bu da istifadəçilərə digər messencerlərə keçməyə imkan verir.

Qeyd edək ki, bu gündən başlayaraq Rusiya ərazisində "WhatsApp" messencerindən mesaj göndərilməsi və qəbulunda problemlər müşahidə olunub. Bu ilin avqust ayında "WhatsApp"la zəng tam məhdudlaşdırılsa da, indiyədək mesajlaşmaq mümkün idi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər