Türkiyə-Ermənistan Normallaşma Prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaya uyğun olaraq, Türkiyə və Ermənistanın aidiyyəti qurumlarının nümayəndələri 28 noyabr 2025-ci ildə Türkiyə-Ermənistan sərhədindəki Akyaka-Akhurik keçid məntəqəsində və Ermənistanın Gümrü şəhərində görüşüblər.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında qeyd edilib.
Görüşlər zamanı Kars–Gümrü dəmir yolunun bərpası və fəaliyyətə başlaması məqsədilə aparılan texniki işlərin ikinci raund müzakirələri keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyi prosesin qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda davam etdirildiyini bildirib.
19:25
Bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasında Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüş Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub.
Tərəflər Qars-Gümrü dəmir yolunun bərpa edilməsinə yönəlmiş texniki müzakirələrin ikinci raundunu keçiriblər.