Rusiyada raket bazasının ərazisində partlayış baş verib
Dünya
141
19:17, Bu gün

Rusiyada raket bazasının ərazisində partlayış baş verib

Orenburq vilayətində raket bazasının ərazisində partlayış baş verib, bundan sonra göydə bənövşəyi rəngli tüstü buludu yaranıb.

Moderator.az xəbər verir ki, bu haqda “ArbatMedia” məlumat yayıb.

Məlumata görə, Yasnıy şəhərinin sakinləri bildiriblər ki, tüstü görünməzdən əvvəl güclü partlayış səsi eşidilib. Sakinlər bildirib ki, buna buraxılmış raketin havada partlaması səbəb olub.

Birləşmiş növbətçi-dispetçer xidməti əhalinin təxliyəsinə ehtiyac olmadığını açıqlayıb. Qurum insanların həyatına təhlükə olmadığını bildirib və əlavə məlumat üçün Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib.

Federal qurumlardan rəsmi açıqlamalar hələlik dərc olunmayıb.

Yasnıy şəhəri Rusiyada strateji raket qoşunlarının yerləşdiyi azsaylı yerlərdən biridir. Burada böyük mənzilli, o cümlədən nüvə başlıqları ilə təchiz oluna bilən raketlərin buraxılışı mümkündür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər