Berlin şəhərində Türkiyə və Almaniya XİN rəhbərlərinin görüşü zamanı Almaniyanın xarici işlər naziri Yohannes Vadeful Türkiyənin Aİ-ə üzvlük səylərini dəstəklədiklərini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb
Məlumata görə, tərəflər ikitərəfli münasibətləri, Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, terrorizmə qarşı mübarizəni və Türkiyənin Aİ-yə üzvlük prosesini müzakirə ediblər.
Vadeful Berlinin Türkiyənin Avropaya inteqrasiyasını dəstəklədiyini təsdiqləyib və Türkiyəyə NATO-nun vacib müttəfiqi olaraq SAFE mexanizminə çıxışın verilməsinin tərəfdarı olduğunu deyib.
“Əgər Türkiyə Aİ-yə qoşulmaq istəsə, Almaniya ona etibarlı və dost bir tərəfdaş olacaq”, - nazir qeyd edib.
Hakan Fidan isə öz növbəsində bildirib ki, Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşı olaraq qalır və Ankara üzvlük danışıqlarını irəli aparmağa hazırdır.
Qeyd edək ki, SAFE – Avropa İttifaqının 150 milyard avroluq proqramıdır və Avropada müdafiə sənayesini gücləndirmək üçün “ReArm Europe” planına daxildir.