Honkonqda baş verən yanğınla əlaqədar 8 nəfər həbs edilib
Dünya
118
19:10, Bu gün

Honkonqda baş verən yanğınla əlaqədar 8 nəfər həbs edilib

Honkonqda ən azı 128 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğınla bağlı araşdırma çərçivəsində 8 nəfər həbs edilib.

Moderator.az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, daha əvvəl yanğının baş verdiyi kompleksə nəzarət edən "Will Power Architects Company" konsaltinq şirkətinin iki rəhbər şəxsi həbs olunub. Sonra tutulan altı nəfər arasında binaya məsul subpodratçı qurumun iki rəhbər şəxsi də olub.

İşi araşdıran komissiya 13 ofisdə axtarış aparıb, texniki sənədləri və bank çıxarışlarını ələ keçirib.

Xatırladaq ki, noyabrın 26-da Honkonqun təxminən 4 min sakinin yaşadığı Tai Po rayonundakı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər