İran Vətəndaş Qeydiyyatı Təşkilatı türk adlarına qoyulan qadağaya ictimai təzyiqi azaltmaq üçün ad seçimi sisteminə yeni məhdudiyyət tətbiq edib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, hələ bir neçə gün əvvəl vətəndaşlar "Sahim" ad seçimi sisteminə pulsuz daxil olub istədikləri adın icazəli olub-olmadığını yoxlaya bilirdilər. Ancaq "Balamın adı" kampaniyasının araşdırması göstərib ki, artıq sistemə giriş çətinləşdirilib və ödənişli olub.
Belə ki, "Sahim"ə keçid etmək istəyən istifadəçilər avtomatik olaraq İran Rəqəmsal Şəxsiyyət Sisteminə yönləndirilirlər. Burada onlardan üztanıma vasitəsilə şəxsiyyəti təsdiq etmələri və 19 800 tümən ödəniş tələb olunur. Halbuki daha əvvəl insanlar "Sahim"də sərbəst axtarış edərək, bəzi türk adlarının əsassız qadağan olunduğunu müəyyən edə bilirdilər.