17:44
13°C
Bakı
Almaniya Kansleri Fridrix Merts 6-7 dekabrda İsrailə səfər edəcək və orada ölkənin Baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparacaq.
Moderator.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Berlində AFR hökumətinin nümayəndəsi Şteffen Mayer jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Mertsin Netanyahu ilə görüşü 7 dekabr tarixinə planlaşdırılıb.
"Tərəflər ikitərəfli əlaqələrin inkişafını və Qəzzədə vəziyyətin sabitləşdirilməsi üçün səyləri, eləcə də digər beynəlxalq mövzuları müzakirə edəcəklər", - deyə Mayer bildirib.
Kansler həmçinin "Yad Vaşem" memorial kompleksini ziyarət edəcək və İsrail vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.