Rumıniya parlamenti Baş nazir Bolojana etimadsızlıq göstərir?
Dünya
187
16:49, Bu gün

Rumıniya parlamenti Baş nazir Bolojana etimadsızlıq göstərir?

Rumıniya parlamentinin "Sülh - Rumıniya hər şeydən öncə" fraksiyası bəyan edib ki, ölkənin Baş naziri İliye Bolojan hökumətinə etimadsızlıq votumu proseduruna start verilib. Fraksiya sədri Ninel Peyyanın sözlərinə görə, parlamentin iclasında votumun təsdiqlənməsi üçün lazımi sayda səs toplanıb.

Moderator.az xəbər verir ki, bu barədə milli "Agerpres" agentliyi məlumat yayıb.

"Qərar (hökumətə etimadsızlıq votumu haqqında - red.) hökumətin geniş tədbirlər kompleksinin təhlilindən sonra qəbul edilib. Zənnimizcə, bu tədbirlər dövlətin əsas sahələrinin işində ciddi fasilələrə gətirib çıxarıb", - deyə məlumatda bildirilir.

Deputatların fikrincə, Rumıniya hökuməti vətəndaşların fundamental maraqlarının müdafiəsində uğursuz olub. Söhbət sosial yardım xidmətlərində işçi heyətinin ixtisar edilməsindən, vergilərin artırılmasından, səhiyyədə və təhsil sistemlərində islahatlardan gedir.

Ninel Peyya jurnalistlərə bildirib ki, etimadsızlıq votumunun rəsmi olaraq parlamentə təqdim edilməsi dekabrın 5-nə nəzərdə tutulub. Təşəbbüsü digər müxalif deputatlar və hakim koalisiyanın iştirakçıları da dəstəkləyirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər