17:38
13°C
Bakı
ABŞ ondan sığınacaq istəmiş 19 ölkənin nümayəndələrinə verilmiş "Green Card"ların qanuniliyini yoxlayacaq.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə istinadla CNN telekanalı yayıb.
Söhbət Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Syerra-Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreya kimi ölkələrdən gedir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun administrasiyası sığınacaq almaq ümidi ilə ölkəyə gələnləri Vaşinqtonda Milli Qvardiya əsgərlərinin güllələnməsindən sonra deportasiya etməyi planlaşdırır. Amma bunu dedikdə məhz hansı ölkələrin vətəndaşlarını nəzərdə tutduğunu açıqlamamışdı.