Putin və Orban Moskvada danışıqlar aparıblar - VİDEO
Dünya
66
16:10, Bu gün

Putin və Orban Moskvada danışıqlar aparıblar - VİDEO

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilir.

Moderator.az TASS-a istinadla xəbər verir ki, Orban noyabrın 28-də Rusiya lideri ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Macarıstanın baş naziri Moskvaya uçmazdan əvvəl aeroportda jurnalistlərə bildirib ki, Putinlə Ukraynada münaqişənin nizamlanması, həmçinin enerji daşıyıcılarının tədarükü məsələlərini müzakirə etməyi planlaşdırır.

Görüş zamanı Vladimir Putin qeyd edib ki, Rusiya və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq yetərincə genişdir, lakin bunun özü də ölkə rəhbərləri səviyyəsində müzakirələr tələb edir.

Macarıstan Rusiyadan fəal şəkildə enerji daşıyıcıları satın alır. Orbanın qeyd etdiyi kimi, o bunu öz iqtisadiyyatı üçün mühüm dayaq və çox prinsipial məsələ hesab edir və digər Avropa dövlətlərindən fərqli olaraq, öz ölkəsinin Rusiyaya qarşı sanksiyalardan azad olunması üçün ABŞ-nin razılığını əldə edib.

"Biz suveren xarici siyasət xətti yeridirik. Biz xaricdən təzyiqlərə boyun əymədik və Rusiya ilə vacib sahələrin heç birində əməkdaşlığı dayandırmadıq", - deyə o bildirib.

Rusiya prezidenti də bəyan edib ki, Budapeşt Ukrayna məsələsində tarazlı mövqe nümayiş etdirir və Moskva bunu görür.

Orban isə bildirib ki, Macarıstan Ukrayna ilə bağlı sülh danışıqlarının keçirilməsi üçün məkan təqdim etməyə hazırdır.

Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbana Rusiya-ABŞ sammitini Budapeştdə qəbul etməyə hazır olduğuna görə təşəkkür edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər