Zelenski üçün kritik dönəm: Şərtləri qəbul edəcək, yoxsa savaşa davam edəcək?
Dünya
467
15:13, Bu gün

Zelenski üçün kritik dönəm: Şərtləri qəbul edəcək, yoxsa savaşa davam edəcək?

Ukrayna prezidenti V. Zelenskinin komandasında baş verən son hadisələr Ukrayna daxilində və xarici müstəvidə siyasi gərginliyi daha da artırıb. ABŞ-la münasibətlərdə yaranan ziddiyyətlər fonunda prezidentin ən yaxın müttəfiqlərindən biri olan Andrey Yermakın hədəfə alınması Kiyevdə güc balansının dəyişdiyini göstərir. ABŞ təzyiqlərinin artması Zelenski hakimiyyətini zəiflətmək cəhdi kimi qiymətləndirilir, lakin Avropa İttifaqının siyasi dəstəyi bu prosesə qarşı əsas sipər rolunu oynayır.
 
Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazdə deyib ki, Ukrayna Anti -korrupsiya Bürosu (NABU və SAPO) prezident administrasiyasının rəhbəri A.Yermakın evində axtarış aparıb.
 
O qeyd edib ki, ABŞ nəzarətində olan Ukrayna siyasi rəhbərliyinə tabe olmayan Anti-korrupsiya Bürosu A. Yermakı hədəfə alması təsadüfi deyil. A. Yermak D. Trampın 28 maddəlik "sülh planına" qarşıdır:
 
“Üç tərəfli Cenevrə danışıqlarına A. Yermak rəhbərlik edir.  Ukraynada kifayət qədər güclü fiqurdu və prezident V. Zelenskinin yaxın müttəfiqidir. Onun hədəfə gətirilməsi, V. Zelenskinə ciddi təzyiqlər etmək və D. Trampın təkliflərini qəbul edilməsinə hesablanıb. Ukraynada korrupsiya var. Hazırda bu siyasi təzyiqə çevirmək və Rusiyanın planın qəbul etdirilməsinə hesablanıb. Baş vərənlər V. Zelenskinin siyasi hakimiyyətini laxlatmaq və istefaya göndərmək planı dayanır.
Amma, Avropa İttifaqı V. Zelenskiyə ciddi siyasi dəstək verəcək. Ona qarşı ABŞ tərəfindən artan təzyiqlərindən qorumağa çalışacaq. D. Trampın xüsusi nümayəndəsi S. Uitkof Rusiyanın lobbiçiliyini edirsə, Kiyevdə NABU Ağ Ev tərəfindən təlimatla hərəkət etməsi istisna deyil”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər