Vaşinqtondakı “terror aktı”: Tramp Əfqanıstana qarşı yeni planını işə salır?
Dünya
264
14:33, Bu gün

Vaşinqtondakı “terror aktı”: Tramp Əfqanıstana qarşı yeni planını işə salır?

Xəbər verdiyimiz kimi, Vaşinqtonda — Ağ Evə yaxın ərazidə baş verən silahlı hücum nəticəsində iki ABŞ Milli Qvardiyası hərbçisi güllələnib. Hadisədən sonra Ağ Ev fövqəladə rejimə keçirilib və bina qısa müddətdə bloklanıb.
 
Bu ABŞ prezidenti Donad Trampa Əfqanıstana hücum üçün fürsət ola bilərmi?
Moderator.az-a danışan politoloq Çingiz Şahbazi deyib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evə yaxın ərazidə baş vermiş insidentdə bir Əfqanıstan vətəndaşı olan miqrant saxlanılıb:
 
 “İnsident zamanı iki milli qvardiya hərbiçisi güllə yarası alaraq həyatlarını itiriblər və bundan sonra Ağ Evdə iş rejimi dəyişildirilərək, fövqaladə rejimə keçirilib. ABŞ prezidenti Donald Trampın baş verən silahlı insidentlə bağlı bəyanatı var və o, hadisəni ,, terror aktı,, olaraq qiymətləndirib. ABŞ-ın hüquq mühafizə orqanları baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb və cinayəti törədən şəxsin kimliyi məlum olub və həbs edilib. Əlbəttdə ki hadisə ilə bağlı tutarlı səbəb gətirmək hələ ki çətindir. Amma, hadisənin baş verməsi ilə bağlı, ölkədə yaşayan miqrantlara qarşı, hökumət ciddi tədbirlərə əl atılacağını ehtimal etmək olar və əlbətdə ki, bu işdə xüsusilə də əfqan miqrantlara qarşı çox ciddi şəkildə araşdırmalar aparılacaq və nəzarət mexanizmlərinin tərkibində sərt elementlərin tətbiqi həyata keçirilməsi ehtimalları böyükdür. Bundan başqa baş vermiş insident, hansısa xarici kəşfiyyat idarəsinin sifarişi əsasında həyata kecirilməsi ehtimalını da istisna etmir. Bu sifariş həmçinin ölkənin daxilindəki mövcud hakimiyyətin siyasətinə qarşı çıxan qüvvələrin, bu işdə onların xidmətinin izi mümkün variantlardan hesab olunur. Əlbəttdə ki ABŞ prezidentinin Əfqanıstanla bağlı son vaxtlar səsləndirdiyi fikirlər, baş vermiş hadisə ilə bağlı , insidentin siyasi məqsədlər daşıması ehtimalını artırır. ABŞ ordusunun Əfqanıstana yenidən dönməsi üçün baş verən insident, ABŞ hakimiyyəti üçün səbəb və yaxud zəmin yaradan amillərdən hesab oluna bilər. Bütün bu məqamlar hadisənin təsadüf olmadığını göstərir və heç şübhəsiz ki,qısa zamanda baş vermiş insidentlə bağlı doğru ehtimallar özünü büruzə verəcək”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər