Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin paytaxtı Ankara şəhərinin Sincan rayonunda 154 işçi çalışdıqları tikinti sahəsində yemək yedikdən sonra onların halı pisləşib.
Bu barədə moderator.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, qida şirkətinin çatdırdığı yeməkləri yedikdən sonra işçilərin səhhətində problemlər başlayıb. 154 işçi qida zəhərlənməsi diaqnozu ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onların müalicəsinə başlanılıb.
Zəhərlənmə ilə bağlı qida şirkətinin dörd əməkdaşı şübhəli şəxs qismində saxlanılıb.