Honkonqda baş verən dəhşətli yanğın tamamilə söndürülüb
Dünya
244
10:42, Bu gün

Honkonqda baş verən dəhşətli yanğın tamamilə söndürülüb

Honkonqda yaşayış kompleksində 90-dan çox insanın ölümünə səbəb olan dəhşətli yanğın tamamilə söndürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
 
"Yanğın söndürülüb, xilasetmə əməliyyatları davam etdirilir və bütün mənzillərə baxış keçirilir", - deyə məlumatda bildirilib.
 
Son məlumatlara görə, yanğın zamanı azı 94 nəfər həlak olub.
 
Xatırladaq ki, noyabrın 26-da təxminən 4 min sakinin yaşadığı Honkonqun Tai Po rayonundakı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib. Bu, son 17 ildə ən güclü yanğın kimi qəbul edilib. Yanğına ən yüksək təhlükə səviyyəsi təyin edilib. Yanğınsöndürənlər sakinlərin əksəriyyətini təxliyə ediblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər