Avropa Parlamenti Rusiya-Ukrayna münaqişəsinə dair qətnaməni təsdiqləyib
Dünya
337
27 Nov 2025 | 23:30

Avropa Parlamenti Rusiya-Ukrayna münaqişəsinə dair qətnaməni təsdiqləyib

Avropa Parlamenti (AP) Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsinə dair qətnaməni təsdiqləyib.

Moderator.az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.

AP deputatları bildiriblər ki, Ukraynanın müvəqqəti işğal olunmuş heç bir ərazisi Avropa İttifaqı və onun üzv dövlətləri tərəfindən Rusiya ərazisi kimi hüquqi cəhətdən tanınmayacaq.

Bəyanatda qeyd olunub ki, Ukraynadakı münaqişənin nəticəsi bütün Avropa təhlükəsizlik sisteminə ciddi təsir göstərəcək və buna görə də Ukrayna barədə Ukraynasız, Avropa barədə isə Avropasız heç bir qərar qəbul edilməməlidir.

Qətnamənin müəllifləri ABŞ-nin Kiyevə münasibətdə ikili siyasətinin davamlı sülhə nail olunmasına zərər vurduğunu bəyan ediblər. AP deputatları vurğulayırlar ki, istənilən sülh sazişi Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq imkanlarını məhdudlaşdırmamalıdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər