01:23
12°C
Bakı
ABŞ-nin hərbi naziri Pit Heqset Karib dənizində olan USS Gerald R. Ford təyyarədaşıyan gəmiyə baş çəkib.
Moderator.az xəbər verir ki, bu barədə Pentaqon sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Agentlik Hegsetin dəbilqə taxaraq hərbçilərin əhatəsində göyərtə ilə getdiyini əks etdirən video yayımlayıb.
Postda “Müharibə naziri, USS Cerald R. Forda xoş gəlmisiniz” deyilir.
Noyabrın 15-də Venesuela Prezidenti Nikolas Maduro Amerika vətəndaşlarına müraciət edərək, Karib hövzəsində müharibənin qarşısını almağa çağırıb. O, potensial silahlı münaqişəni bütün Amerika üçün faciə adlandırıb və ABŞ-ın hərəkətlərinin bütün bəşəriyyətə qarşı yönəldiyini deyib.