ABŞ-də iki əsgəri yaralayan Əfqanıstan vətəndaşını ömürlük həbs cəzası gözləyir
Dünya
255
27 Nov 2025 | 23:15

ABŞ-də iki əsgəri yaralayan Əfqanıstan vətəndaşını ömürlük həbs cəzası gözləyir

ABŞ-də çərşənbə günü baş verən atışmada Milli Qvardiyanın iki əsgərini yaralayan Əfqanıstan vətəndaşını ömürlük həbs cəzası gözləyir.

Moderator.az xəbər verir ki, bunu ABŞ-nin baş prokuroru Pam Bondi bildirib.

"Yaralıların hər ikisi əməliyyat olunub. Hazırda onların vəziyyəti ilə bağlı açıqlama verməyəcəyəm. Yenə də onların sağalması üçün dua edirik" - Bondi deyib.

Xatırladaq ki, ABŞ Milli Qvardiyasının əsgərlərinə hücum çərşənbə günü Vaşinqtonun mərkəzində, Ağ Evin yaxınlığında baş verib.

ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərinə hücumu “terror aktı” adlandırıb.

Trampın sözlərinə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hücumçunun ABŞ-yə 2021-ci ildə Əfqanıstandan gəldiyinə əmindir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər