Türkiyə İraqın qaz yatağına edilən hücumu pislədi
Dünya
260
27 Nov 2025 | 23:10

Türkiyə İraqın qaz yatağına edilən hücumu pislədi

Türkiyə Xarici İşlər Nazirliyi İraqın Süleymaniyyə şəhərində "Kor Mor" təbii qaz yatağına edilən hücumu pisləyib.

Moderator.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, XİN sözçüsü Öncü Keçeli İraqın sabitliyi və rifahı ilə bağlı narahat olduqlarını bildirib

"Mülki infrastrukturu hədəf alan bu cür hərəkətləri pisləyirik" deyən XİN rəsmisi Türkiyənin Ərbil Baş Konsulluğunun təbii qaz sahəsində çalışan Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri gördüyünü bəyan edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər