Nigeriyada adam oğurluğuna görə fövqəladə vəziyyət elan edildi
Dünya
326
27 Nov 2025 | 23:07

Nigeriyada adam oğurluğuna görə fövqəladə vəziyyət elan edildi

Nigeriya prezidenti Bola Tinubu məktəblilərin kütləvi oğurlanması və mülki şəxslərə qarşı silsilə hücumlardan sonra ölkədə fövqəladə vəziyyət elan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Ölkədə sabitliyin qorunması üçün 20 min polis əməkdaşı səfərbər olunub. Bununla da ölkədə polislərin sayı 50 minə çatdırılıb.

"Nigeriyalı həmvətənlərim, bu, fövqəladə haldır və biz buna əlavə qüvvələr yerləşdirərək cavab veririk, xüsusən də yüksək təhlükəsizlik zonalarında" deyə, prezident açıqlamasında deyib.

Tinubu həmçinin hücumların qarşısını almaq üçün ucqar ərazilərdəki məktəblərdə, kilsələrdə və məscidlərdə təhlükəsizliyi gücləndirməyə çağırıb.

Keçən həftə silahlı şəxslər Kebbi ştatında 25, Niger əyalətində isə 300-dən çox tələbəni oğurlayıblar. Kebbidə qaçırılanlar xilas edilərək valideynlərinə verilib, digərlərinin axtarışları isə davam edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər