Böyük Britaniya
1612
27 Nov 2025 | 22:57

Böyük Britaniya "Lukoil International"a ümumi lisenziya verib

Böyük Britaniya hökuməti "Lukoil"in xarici aktivlərinin sahibi olan "Lukoil International GmbH" şirkətinə ümumi lisenziya verib.

Moderator.az xəbər verir ki, bu barədə Xəzinədarlıq Departamenti nəzdində Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət Ofisinin (FSI) bəyanatında bildirilir.

Şirkətlə əməliyyatlara icazə verən lisenziya 26 fevral 2026-cı il tarixinədək etibarlıdır.

Britaniya hakimiyyəti "Lukoil"in Bolqarıstandakı dörd törəmə şirkəti: "Lukoil Bulgaria", "Lukoil Neftochim Burgas", "Lukoil Aviation Bulgaria" və "Lukoil Bunker Bulgaria" üçün də lisenziyanı 2026-cı il fevralın 14-dək uzadıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər