Ukrayna və ABŞ nümayəndələri sülh planını müzakirə edəcək
Dünya
385
27 Nov 2025 | 22:55

Ukrayna və ABŞ nümayəndələri sülh planını müzakirə edəcək

Ukrayna və ABŞ nümayəndə heyətləri bu həftənin sonunda Cenevrə görüşündə razılaşdırılmış sülh planını müzakirə etmək üçün bir araya gələcək.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak "Telegram" kanalında məlumat yayıb.

“Vacibdir ki, temp itməsin və sürətli işləyək. Bizim və tərəfdaşlarımızın əsas məqsədi dəyişməzdir – Ukrayna üçün mümkün qədər tez uzunmüddətli və ədalətli sülhə nail olmaq. Cenevrədə olduğu kimi, indi də müharibənin dayandırılması üçün atılacaq addımlarda real irəliləyiş əldə etmək üçün konstruktiv dialoqa hazırlaşırıq. Fasiləsiz çalışdıqları üçün amerikalı komandaya təşəkkür edirəm. Sülh bizim birgə nailiyyətimiz olmalıdır”, — Ermak bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər