Paşinyana alma atan şəxs bəraət verildi
Dünya
375
27 Nov 2025 | 22:30

Paşinyana alma atan şəxs bəraət verildi

İrəvanda məhəllələrin birində Ermənistan Baş naziri Nikol Paşinyanın başına alma atan Qarabağdan könüllü köçmüş Albert Arstamyanın bəraət hökmü qüvvədə qalıb.

Moderator.az xəbər verir ki, bununla bağlı İrəvan Apellyasiya Məhkəməsi qərarını elan edib.

Qərarla birinci instansiya məhkəməsinin bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Paşinyana alma atan 72 yaşlı Albert Arstamyan xuliqanlıqda ittiham olunurdu.

Hadisə ötən ilin avqustunda baş vermişdi. Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonuna gələn zaman yerli sakin A.Arstamyan 9-cu mərtəbədəki mənzilinin pəncərəsindən ona tərəf alma atmışdı. N.Paşinyan və komandası isə bunun qumbara olduğunu zənn edərək yerə uzanmışdı. Bundan sonra həmin şəxs saxlanılmış, Arstamyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Ancaq iki gün sonra o, azadlığa buraxılmışdı, barəsində açılan iş isə davam etdirilmişdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər