Putin: Ukrayna və Rusiya xüsusi xidmət orqanları daim əlaqədədir
Dünya
376
27 Nov 2025 | 22:29

Putin: Ukrayna və Rusiya xüsusi xidmət orqanları daim əlaqədədir

Rusiya və Ukrayna xüsusi xidmət orqanları münaqişəyə baxmayaraq, bir-biri ilə daim əlaqə saxlayır və hərbi əsirlərin mübadiləsi də daxil olmaqla humanitar məsələlər üzrə əməkdaşlığı davam etdirirlər.

Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq ən çətin dövrlərdə belə dayanmayıb.

“Bizim xüsusi xidmət orqanlarımız həmişə bir-biri ilə əlaqədə olublar və hazırda da əlaqədədirlər”, – deyə Rusiya Prezidenti qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər