00:05
12°C
Bakı
Amerikalı tanınmış aktyor Maykl Delano 85 yaşında dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Delano kinosevərlərə xüsusilə “Ocean’s Eleven” (“Oşenin 11 nəfəri”) və “Commando” filmlərindəki rolları ilə tanınırdı. O, uzun karyerası ərzində 70-dən çox film və serialda çəkilib.
Məlumatlara görə, aktyor 1960-cı illərdə Ki Larson səhnə adı ilə musiqi fəaliyyəti ilə məşğul olub. 1970-ci ildə Hollivuda köçən Delano bir il sonra “Catlow”, 1972-ci ildə isə “The New Centurions” filmlərində rol alıb. Onun son çəkilişi 2016-cı ildə olub.