Keçmiş ərinə görə evini tərk etməli olacaq
Dünya
189
27 Nov 2025 | 22:15

Keçmiş ərinə görə evini tərk etməli olacaq

Böyük Britaniya kral ailəsində daha bir qalmaqal qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

Qəzet yazır ki, York hersoqu, keçmiş şahzadə Endryu Mountbatten-Vindzorun keçmiş həyat yoldaşı Sara Ferqyuson Vindzor qalasının yaxınlığındakı “Royal Lodge” malikanəsini tərk etməli olacaq.

Xəbərə əsasən, titullarından məhrum edilən şahzadə Endryu artıq “Royal Lodge”da qala bilməyəcək və Sandrinqem sarayına köçürüləcək. Bu səbəbdən, Sara Ferqyuson da illərdir yaşadığı malikanəni tərk etmək məcburiyyətində qalır.

Məlumata görə, hazırda Ferqyusonun yaşayışı ilə bağlı iki ehtimal müzakirə olunur: onu qızlarından birinin himayəsinə keçirmək, hansı ki, bu halda keçmiş hersoginya ya böyük qızı şahzadə Beatrisin evinə köçə, ya da Portuqaliyada yaşayan digər qızı şahzadə Yevgeniyanın yanına gedə bilər.

Hadisə Britaniya mətbuatında geniş rezonans doğurub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər