23:19
12°C
Bakı
Almaniya kansleri Fridrix Merz hesab edir ki, Ukraynadakı münaqişənin necə bitəcəyi Avropanın siyasi və təhlükəsizlik arxitekturası üçün həlledici rol oynayacaq.
Moderator.az xəbər verir ki, O, bu fikri Berlində Estoniya Baş naziri Kristen Mixal ilə birgə mətbuat konfransında səsləndirib.
“Bu mövzuda dialoqa bu qədər fəal dəstək verməyimizin səbəbi odur ki, bu müharibənin nəticəsi Avropanın siyasi nizamı və qitədə gələcək sülh düzəni üçün həlledici əhəmiyyət kəsb edir”, — Merz vurğulayıb.