KİV: Luvr muzeyinin rəhbərliyi 18 il əvvəl qarət təhlükəsi barədə xəbərdarlıq edilib
Dünya
381
27 Nov 2025 | 21:17

KİV: Luvr muzeyinin rəhbərliyi 18 il əvvəl qarət təhlükəsi barədə xəbərdarlıq edilib

Təhlükəsizlik mütəxəssisləri 18 il əvvəl, 2007-ci ildə Parisdəki Luvr muzeyinin rəhbərliyinə Apollon qalereyasındakı qiymətli əşyaların ekspozisiyadan çıxarılmasını tövsiyə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə RTL radiostansiyası təhlükəsizlik şirkətinin hesabatına istinadla məlumat yayıb.

Qeyd olunub ki, şirkət 35 səhifəlik hesabatında qalereyada qarət riskinin yüksək olduğunu qeyd edib.

Mütəxəssislər muzeyin təhlükəsizlik sistemindəki zəif yerləri, o cümlədən oğruların muzeyə daxil olduqları pəncərənin taylarının böyük olduğunu göstəriblər. Onlar, həmçinin qiymətli əşyaların sərgiləndiyi vitrinin pəncərəyə yaxınlığını çox təhlükəli hesab ediblər. Şirkət hətta eksponatların Luvrun daha təhlükəsiz yerinə köçürülməsini tövsiyə edib. Lakin muzey kompleksinin rəhbərliyi o zaman bu addımdan imtina edib.

Xatırladaq ki, oktyabrın 19-da maskalı cinayətkarlar Luvra daxil olaraq İmperator kolleksiyasından doqquz eksponatı, o cümlədən Napoleona və onun həyat yoldaşı Jozefinaya məxsus zinət əşyalarını oğurlayıblar. Oğurluq nəticəsində dəymiş ziyan 88 milyon avro civarında qiymətləndirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər