Putin: Rusiya üçün yeni ərazilərin beynəlxalq səviyyədə tanınması vacibdir
Dünya
323
19:40, Bu gün

Putin: Rusiya üçün yeni ərazilərin beynəlxalq səviyyədə tanınması vacibdir

Rusiya üçün yeni ərazilərinin beynəlxalq səviyyədə tanınması vacibdir. Ukraynanın mövqeyi əhəmiyyət kəsb etmir.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının yeni regionlarının, o cümlədən Krımın beynəlxalq səviyyədə tanınması hüquqi baxımdan vacibdir. Putin vurğulayıb ki, Rusiya üçün əsas məsələ yekun qərarların beynəlxalq legitimliyi olaraq qalacaq.

"Beynəlxalq ictimaiyyətin müəyyən ərazilərin Rusiyanın nəzarəti altında olmasını və bu ərazilərə hücumun Rusiyanın suverenliyinin pozulması kimi qiymətləndiriləcəyini anlaması lazımdır. Yox əgər məqsədləri nəzarətimizdə olan ərazilərin Ukraynaya qaytarılmasıdırsa, bu, tamam başqa məsələdir. Bunlar fərqli şeylərdir" - deyə Putin əlavə edib.

Putin bəyan edib ki, Krım və Donbasın Rusiya ərazisi kimi tanınması Moskva və Vaşinqton arasında danışıqların əsas məqamlarından birinə çevrilməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər