Hindistanlı basketbolçu faciəli şəkildə vəfat edib
Dünya
281
19:00, Bu gün

Hindistanlı basketbolçu faciəli şəkildə vəfat edib

Hindistanlı basketbolçu məşq zamanı üzərinə basketbol səbəbinin düşməsi nəticəsində vəfat edib.

Moderator.az "Indian Express"ə istinadən xəbər verir ki, o topu atdıqdan sonra havada səbətdən asılı qalıb.

Yaxşı vəziyyətdə olmayan səbət sınaraq oyunçunun üzərinə düşüb. İdmançı 20 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vəfat edən basketbolçu ölkəsinin U-16 millisinə dəvət almağa namizədlər sırasında yer alıb.

Qeyd edək ki, hadisə baş verən idman zalının fəaliyyəti dayandırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər