Pavel Durov Avropa İttifaqının qərarını kəskin tənqid etdi
Dünya
242
18:38, Bu gün

Pavel Durov Avropa İttifaqının qərarını kəskin tənqid etdi

"Telegram" mesencerinin təsisçisi Pavel Durov Avropa İttifaqının (Aİ) internet-tənzimləmə siyasətini kəskin tənqid edib.

Moderator.az xəbər verir ki, o, məsələ ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

Durov bildirib ki, Brüsselin kütləvi izləmə və senzura mexanizmlərini təbliğ etməkdən ötrü uşaqların müdafiəsi mövzusundan istifadə edir.

Durovun belə bir bəyanatla çıxış etməsini danimarkalı yazıçı və proqramçı Devid Heynemeyer Hanssonun Danimarkada hakim Sosial-Demokrat Partiyasının təşəbbüslərini tənqid edən postu təşviq edib. Hansson göstərib ki, bu cür tədbirləri təbliğ edən bir partiyanın keçmiş yüksəkvəzifəli üzvü uşaq pornoqrafiyasından ibarət minlərlə materialı saxladığına görə məhkum edilib.

"Aİ insanların uşaqların müdafiəsi ilə bağlı güclü emosiyalarından kütləvi izləmə və senzuranı təbliğ etmək məqsədilə istifadə edir. Aİ rəsmilərinin izləmə haqqında qanun layihələri onların özlərini rahatlıqla mesajlarının skanerdən keçirilməsindən azad edir və Devidin postu bunun səbəbini izah etməyə kömək edir", - deyə Durov yazıçıya dəstək postunda yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər