Tailand sakini milyonlarla dollarlıq kaşalot qusuntusunu satışa çıxarıb
Dünya
347
18:27, Bu gün

Tailand sakini milyonlarla dollarlıq kaşalot qusuntusunu satışa çıxarıb

Tailand Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Kraisom Nunpradit çox böyük ənbər kütləsini satışa çıxarıb. Bu nadir maddəni çox vaxt kaşalot qusuntusu adlandırırlar.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Newsflare" yayıb.

Kişi bildirib ki, bu kütlə doqquz il əvvəl balıq tutarkən onun toruna düşüb. O, bunun kaşalot ənbəri olduğunu güman edib və nümunələrini Tailandın Hatyay şəhərindəki Şahzadə Sonqkla Universitetinin alimlərinə göstərib. Sınaqların analizi kişinin haqlı olduğunu təsdiqləyib.

Onun sərəncamındakı kütlənin ümumi çəkisi 55 kiloqramdır. Qara bazarda onun qiyməti milyonlarla dollarla ölçülür. Nunpradit cinayətkarların diqqətini cəlb etməmək üçün indiyədək tapıntısını gizli saxlayıb. Lakin hazırda maliyyə çətinlikləri ilə üzləşdiyi üçün onu satmaq qərarına gəlib. Kişi onu vasitəçilərsiz cəmi bir milyon bata (təxminən 52 700 manat - red.) satmağa hazır olduğunu bildirib.

Ənbər kaşalotun mədə-bağırsaq traktında yaranan maddədir. Ondan ətriyyatda geniş istifadə olunur. Alıcılar keyfiyyətli ənbərin bir kiloqramına görə təqribən 40 min dollar (təxminən 68 000 manat - red.) ödəməyə hazırdırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər