20:13
13°C
Bakı
Türkiyənin Kabildəki səfirliyi türk sultanı Mahmud Qəznəvinin Əfqanıstanın Qəznə şəhərində məzarını təmir edib və abadlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Kabildəki səfirliyi məlumat yayıb.
Məlumata görə, tarixi məzarın abadlaşdırılması Türk Əməkdaşlıq və Koordinasiya Təşkilatının təşəbbüsü ilə həyata keçirilib.
Türkiyənin Kabildəki səfiri Cenk Unal Sultan Mahmud Qəznəvinin məzarını Türkiyə ilə Əfqanıstan arasındakı dərin köklü əlaqələrin dəyərli simvollarından biri adlandırıb.
Qeyd edək ki, Sultan Mahmud Qəznəvi 998-ci ildən 1030-cu ilə qədər Qəznəvilər sülaləsinin ən məşhur hökmdarı olub.