Putin: Bunu sızdırmaq cinayətdir
Dünya
225
17:58, Bu gün

Putin: Bunu sızdırmaq cinayətdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla köməkçisi Yuri Uşakovun telefon danışığının dinlənilməsinə münasibət bildirib.

Moderator.az xəbər verir ki, Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin telefon danışıqlarının sızdırılmasının cinayət olduğunu qeyd edib.

“Ümumiyyətlə, dinləmək olmaz, telefon danışıqlarını sızdırmaq cinayətdir”, - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Uitkoffla Uşakovun telefon danışığının mətnini dərc edən “Bloomberg“ nəşri bu informasiyaya necə nail olduğu barədə məlumat verməyib. Digər media orqanları dərc olunan mətni təsdiqləməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər