Rəcəb Tayyib Ərdoğan və Papa Leo mətbuata bəyanatla çıxış ediblər
Dünya
208
17:50, Bu gün

Rəcəb Tayyib Ərdoğan və Papa Leo mətbuata bəyanatla çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Papa XIV Leonun birgə mətbuat konfransı baş tutub.

Moderator.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Türkiyədən veriləcək mesajların türk-islam dünyasına, xristian coğrafiyasına çatacağına, dünyada sülh ümidlərini artıracağına inandığını deyib.

"Papa Leonun ziyarəti regional və qlobal hadisələr kontekstində son dərəcə kritik bir zamana təsadüf edir. Son günlərdə Rusiya-Ukrayna müharibəsini sonlandırmağa istiqamətlənmiş fəaliyyəti yaxından izləyir, lazımi dəstəyi və töhfəni verməyə çalışırıq. Hörmətli qonağımızın sülh və dialoq istiqamətindəki çağırışları da diplomatik prosesin uğuru baxımından son dərəcə qiymətlidir.

Ətrafımızdakı münaqişə, böhran, zülmlər qarşısında məsuliyyət götürür, asan olanı deyil, çətin olanı seçərək sülh, ədalət üçün əlimizi daşın altına qoyuruq", - Ərdoğan bildirib.

O, həmçinin vurğulayıb ki, Qüdsdəki tarixi status-kvonun qorunması çox önəmlidir:

"Bu ziyarəti ortaq zəminimizi gücləndirən çox önəmli bir addım olaraq dəyərləndirirəm".

Öz növbəsində, Papa Leo Türkiyənin Aralıq dənizinin və bütün dünyanın həm bu günü, həm də gələcəyində önəmli bir yerə sahib olduğunu qeyd edib.

"İki dünya müharibəsindən sonra iqtisadi və hərbi güc strategiyalarının hakim olduğu, qlobal səviyyədə yüksək gərginlikli bir münaqişə dövrünə şahidlik edirik", - Papa əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər