Adada torpaq sürüşməsi - Ölənlər və itkin düşənlər var
Dünya
282
17:10, Bu gün

Adada torpaq sürüşməsi - Ölənlər və itkin düşənlər var

Fransız Polineziyasının Sakit okeanda yerləşən Taiti adasının Afaahiti kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində iki ev torpaq altında qalıb. Azı yeddi nəfər həyatını itirib və bir neçə nəfər itkin düşüb.

Moderator.az-ın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron öz "X" hesabında paylaşım edib.

Afaahiti kəndində bir həftə davam edən leysandan sonra evlər tamamilə dağılıb. Xilasetmə əməliyyatlarına baxmayaraq, itkin düşən insanlar hələ də tapılmayıblar.

"Yeddi nəfərin həlak olduğu, digərlərinin isə itkin düşdüyü Afaahitidə baş verən faciədə zərərçəkən ailələrə ölkə adından tam dəstəyini ifadə edirəm.

İtkin düşənlərin axtarışında və ərazidə təhlükəsizliyin təmin edilməsində yorulmadan çalışan xilasedicilərin, yanğınsöndürənlərin, jandarmların, bələdiyyə xidmətlərinin, merin və bütün dövlət və milli qurumların fədakarlığını yüksək qiymətləndirirəm", - deyə Makron yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər