Fransa prezidenti Emmanuel Makron gələn ilin yayından etibarən ölkədə könüllü hərbi xidmətin tətbiq ediləcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Məlumata görə, ilk ildə 2-3 min nəfərin könüllü orduya yollanması gözlənilir. Uzunmüddətli perspektivdə isə ildə 50 min nəfərin hərbi xidmətə cəlb olunması planlaşdırılır.
Fransa lideri bunun sırf könüllü hərbi xidmət olduğunu da vurğulayıb:
"Biz hərbi xidmətə çağırış günlərini geri qaytara bilmərik, amma səfərbərliyə ehtiyacımız var". Bununla belə, o, qeyd edib ki, "ciddi böhran vəziyyətində" parlament "könüllülərdən kənar əlavə resurslardan istifadəyə" icazə verə bilər.
Könüllülərdən ibarət ordunun əsasını plana uyğun olaraq, 18 və 19 yaşlı gənclər təşkil edəcəklər.
"Gənclər azadlığa, fədakarlığa can atır. Vətən uğrunda ayağa qalxmağa hazır olan nəsil var", - deyə prezident bildirib.