19:23
13°C
Bakı
Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Moskvanı ATƏT XİN Şurasının iclasında nazir müavini Aleksandr Qruşkonun təmsil edəcəyini qeyd edib.
Qeyd edək ki, ATƏT XİN Şurasının iclası dekabrın 4-5-də Vyanada keçiriləcək.