17:59
13°C
Bakı
Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun iddiasına əsasən Korrupsiya ilə mübarizə Fondunu (FBK) terror təşkilatı kimi tanıyıb.
Moderator.az xəbər verir ki, məhkəmə Fondun terror təşkilatı kimi tanımaq qərarının dərhal icra edilməli olduğunu açıqlayıb.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində ölən Aleksey Navalnı tərəfindən yaradılıb.
Rusiya daha əvvəl FBK-nı ekstremist təşkilat, xarici agent kimi tanıyıb və bu təşkilatın fəaliyyəti Rusiya Federasiyasında qadağan edilib.