Dolf Lundqren özünü hələ də Silvester Stallone qarşısında günahkar hiss edir
Dünya
291
16:37, Bu gün

Dolf Lundqren özünü hələ də Silvester Stallone qarşısında günahkar hiss edir

Hollivud aktyoru Dolf Lundqren etiraf edib ki, "Rokki 4" (Rocky IV, 1985) filminin çəkilişləri zamanı həmkarı Silvester Stalloneyə xəsarət yetirdiyinə görə özünü günahkar hiss edir, çünki o vaxt Stallone xəstəxanalıq olub.

Moderator.az xəbər verir ki, o bunu "Fox News" televiziya kanalının efirində deyib.

"Mən bunu bilmirdim. Biz Vankuverdə çəkilmiş döyüş səhnəsində hərəmizə bir neçə zərbə almışdıq. Çəkilişlər iki həftə davam etmişdi. Los-Ancelesə qayıdan zaman prodüser mənə zəng edib dedi ki, iki həftə dincələ bilərəm. Mən dedim ki, çox yaxşı, amma nə baş verib? O, Slayın (Stallonenin - red.) xəstəxanada olduğunu dedi. Beləcə bunu öyrəndim. Özümü həqiqətən günahkar hiss edirdim", - deyə aktyor etiraf edib.

Aktyor əlavə edib ki, Stallone ona bir neçə zərbə vurub. "O mənim böyüyüm idi, mən onun dediklərini edirdim, yəni apperkotlarla (boksda əsas zərbə) bədənə güclü zərbələr vurmalı idim. Bilmirəm, yorğunluqdan oldu, yoxsa mənim zərbələrim nəticəsində, amma o, həqiqətən də zərər çəkdi və mən buna təəssüf edirəm", - deyə Lundqren əlavə edib.

Aparıcı sual verərkən, Lundqrenin Stallonenin bir neçə qabırğasını sındırdığını deyib. Lundqren cavabında bu məsələyə toxunmayıb. Stallone də vaxtilə bu hadisədən danışarkən qabırğalarının sındığından danışmayıb. O bildirib ki, Lundqrenin ürək nahiyəsinə zərbəsindən sonra təzyiqi qalxıb.

Qeyd edək ki, "Rokki 4" filmindəki rolu Lundqrenin karyerasında dönüş nöqtəsi olub. Filmdə o, Rokkinin (Stallone - red.) düşməni - uydurma sovet boksçusu İvan Draqonu canlandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər