Avropada Rusiya izi: Dronlardan agent şəbəkəsinə — Kreml nəyi hədəfləyir?
Dünya
473
15:42, Bu gün

Avropada Rusiya izi: Dronlardan agent şəbəkəsinə — Kreml nəyi hədəfləyir?

Adətən kəşfiyyat fəaliyyətlərini dronlar və sualtı qayıqlar vasitəsilə həyata keçirən Rusiya bu dəfə kəşfiyyat qruplarını işə  salıb. Fransada Rusiyanın xeyrinə casusluq və müharibə dövründə təbliğat fəaliyyəti aparan 4 nəfər saxlanılıb.
 
Avropada səfirliklərin bağlanmasından sonra kəşfiyyat fəaliyyətini artıran Rusiya nəyə nail olmağa çalışır? Bu, Moskva–Paris münasibətlərinə necə təsir edə bilər? Rusiya yeni müharibəyə hazırlaşır?
Moderator.az-a danışan  AMİP liderinin köməkçisi, Siyasi Şura üzvü  Əli Orucov deyib ki, dövlətlər kəşfiyyat fəaliyyətini təkcə texniki vasitələrlə həyata keçirmir, həm də agentləri və xüsusi təlim keçmiş cəsus şəbəkəsi ilə həyata keçirirlər:
 
“Bir sıra ölkələr, o cümlədən Rusiya xarici ölkə səfirliklərinə diplomatik immunitet statuslu şəxslər yerləşdirməklə də bu işi görürlər. Ancaq belə hallarda cəsus  ifşa olunarkən böyük diplomatik skandallar yaradır.  Çünki bu " Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının kobud surətdə pozulması deməkdir. Onsuz da Moskva üçün beynəlxalq hüquq normaları və prinsipləri lazımsız hala salınıb. Heç bir hüquq və qayda tanımır. Rusiyanın da Qərbdə geniş kəşfiyyat şəbəkəsinin olması istisna edilmir. Ukraynaya təcavüzdən etibarən buna qarşı çıxan və sərt reaksiyalar verən dövlətlərdən biri də məhz Fransadır. Paris hətta Aİ-də təşəbbüsü ələ almaq, liderliyə çatmaq üçün fəal diplomatik həmlələr edir. Ancaq onun iddiaları imkanları ilə tərs mütənasib olduğundan hər dəfə uğursuzluğa düçar olur. Zənn etmirəm ki, Rusiya Qərblə, yaxud ayrıca olaraq Fransa ilə açıq konfrontasiyaya getsin. Belə bir münaqişə Rusiya üçün ağır fəsadlar  verərdi. Nəzərə almaq lazımdır ki, Fransa nüvə dövlətidir, BMT TŞ-nin daimi üzvü və NATO hərbi siyasi blokun üzvüdür. Yəni Rusiyanın Fransa ilə hərbi toqquşması planetimiz üçün  dağıdıcı risklər yaradardı. Moskva Fransada cəsusları vasitəsilə qiymətli və məxfi məlumatları ələ keçirməklə ondan öz məqsədləri üçün istifadə edə bilər . Şübhəsiz ki, edir də. Məncə belə bir vəziyyət Kreml üçün də, Paris üçün də yaxşı hal sayılmır. Bu o deməkdir ki, Rusiyanın diplomatları kəşfiyyat fəaliyyəti ilə məşğuldur, Fransanın isə xüsusi təhlükəsizlik orqanlarında boşluqlar var”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər