Paşinyan:
Dünya
127
15:34, Bu gün

Paşinyan: "Qarşıdan gələn seçkilərdə baş nazir vəzifəsinə namizəd olacağam"

"Mən 2026-cı il parlament seçkilərində Vətəndaş Sazişi Partiyasından baş nazir vəzifəsinə namizəd olmaq iddiasındayam".
 
Moderator.az news.am-a istinadla xəbər verir ki, bunu noyabrın 27-də Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbəti zamanı bəyan edib.
 
O, deputatlığa namizədlərin qeydiyyat prosesinin şəffaf olacağına və partiyanın ideologiyasının əsas götürüləcəyinə təminat verib.
 
"Bizim siyasi qüvvəmizin fəaliyyətini nə mənim şəxsiyyətim, nə də başqa kiminsə şəxsiyyəti şərtləndirir. Mən partiyanın idarə heyətinin sədriyəm, səsim həlledicidir, lakin bu o demək deyil ki, problemlər şəxsi səviyyədə həll olunur", - deyə hökumət başçısı qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər