KTMT Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı - BƏYANAT
Dünya
241
14:32, Bu gün

KTMT Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı - BƏYANAT

Bişkekdə keçirilən sammitdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistan arasında tezliklə şərtsiz sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, təşkilatın qəbul etdiyi yekun Bəyanatda deyilir:
 
“Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanma və tezliklə şərtsiz sülh müqaviləsinin bağlanması tərəfdarıyıq".
 
KTMT rəhbərliyi regionda davamlı sabitlik və uzunmüddətli əməkdaşlıq üçün Bakı–İrəvan danışıqlarının sürətləndirilməsinin vacib olduğunu vurğulayıb.
 
Link kopyalandı!
Son xəbərlər